"Mançester Siti" ikinci yeri təmin edib, "Norviç" elita ilə vidalaşıb

12 İyul 2020 00:57 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib.

Çempion “Liverpul” bu turda “Bernli”ni qəbul edib. Bu görüşdə heç-heçə qeydə alınıb. “Mançester Siti” isə səfərdə “Brayton”un qonağı olub və darmadağına sevinib. Bu 3 xal onların sona 3 tur qalmış ikinci yeri tutması üçün kifayət edib. Komanda 6-cı dəfə mövsümü gümüş medalla bitirib.

“Çelsi” isə çətin “Şeffild Yunayted” səfərinə yollanıb. London təmsilçisi bu oyunda darmadağına üzülüb.

Maykl Antonionun poker etdiyi matçda "Vest Hem"ə böyük hesabla yenilən "Norviç"in isə Premyer Liqanı tərk edəcəyi dəqiqləşib

İngiltərə Premyer Liqası

35-ci tur

11 iyul

Norviç – Vest Hem 0:4

Qol: Antonio, 11; 45+1; 54; 74.

Uotford – Nyukasl 2:1

Qol: Dini, 52-pen; 82-pen – Qeyl, 23.

Liverpul – Bernli 1:1

Qol: Robertson, 34 – Rodriqes, 69.

Şeffild Yunayted – Çelsi 3:0

Qol: Makqoldik, 18; 77. Makbörni, 33.

Brayton – Mançester Siti 0:5

Qol: Sterlinq, 21; 53; 81. Q.Jesus, 44. B.Silva, 57.

12 iyul

15:00 Vulverhempton – Everton

17:15 Aston Villa – Kristal Pelas

19:30 Tottenhem – Arsenal

22:00 Bornmut – Lester

13 iyul

23:00 Mançester Yunayted – Sauthempton