“Neftçi”nin sabiq vitse-prezidenti koronavirusdan dünyasını dəyişib

11 İyul 2020 21:30 (UTC+04:00)

“Neftçi”nin sabiq vitse-prezidenti İlqar Quluzadə dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə həkim Rahim Məhərrəmov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, mərhumun koronavirusdan vəfat etdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Quluzadə 2009/2010-cu illərdə "Neftçi"də çalışıb. O, bu postda Ramin Musayevi əvəzləmişdi.

Allah rəhmət eləsin!