Nepalda sel və torpaq sürüşməsi nəticəsində ən az 40 nəfər ölüb

11 İyul 2020 23:53 (UTC+04:00)

Nepalda fasiləsiz yağan leysan yağışlar nəticəsində yaranan sel və torpaq sürüşməsi nəticəsində ən az 40 nəfər ölüb, onlarla insan itkin düşüb.

SİA xəbər verir ki, bu barədə Reuters agentliyi yerli administrasiya və polis nümayəndələrinə istinadən bildirib.

Qeyd edək ki, daha əvvəl 23 ölən haqqında məlumat verilmişdi.

Müvafiq xidmətlər axtarış-xilasetmə işləri aparır. Myaqdi rayonunda helikopterlərin köməyi ilə təxminən 50 nəfər tapılaraq xilas edilib.