"Türk Hava Yolları” İstanbul-Bakı aviareyslərinin sayını artırır

11 İyul 2020 20:05 (UTC+04:00)
"Türk Hava Yolları" Azərbaycanla Türkiyə arasında həyata keçirdiyi xüsusi uçuşların sayını iyulun 14-dən etibarən artıracaq. Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, uçuşlar həftədə 4 dəfə həyata keçiriləcək. Yeni cədvələ uyğun olaraq aviareyslər çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri olacaq. Sərnişinlər aviabiletləri "www.turkishairlines.com" rəsmi veb-saytından əldə edə bilərlər.