“Azərbaycanın mövqeyinin möhkəmlənməsi Prezidentin həyata keçirdiyi islahatların nəticəsidir” ÖZƏL-MÜNASİBƏT

11 İyul 2020 13:40 (UTC+04:00)

BMT-nin "Davamlı inkişaf hesbatı" dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu hesabat hazırlanan zaman fərqli indiqatorlardan istifadə olunur və həm iqtisadi, həm sosial, bütövlükdə bu sahədə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və eləcə də sosial göstəricilərdə baş verən dəyişikliklər həmin hesabatda öz əksini tapır.
"Sevindirici haldır ki, Azərbaycan 2020-ci il hesabatında regionun lider ölkəsidir və praktik olaraq biz regionun aparıcı ölkələri hesab olunan Rusiya və Türkiyədən də öndəyik. Eyni zamanda Azərbaycanın balı region üzrə, o cümlədən Mərkəzi Şərqi-Avropa və Orta Asiya regionu üzrə orta baldan daha yüksəkdir. Bu da ondan xəbər verir ki, əslində Azərbaycan hesabatda daha çox Mərkəzi Şərqi-Avropa ölkələri ilə müqaisə olunur və həmin ölkələridəki davamlı inkişaf indeksinə uyğun olaraq indeksində artımlar müşahidə olunur.
Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması birbaşa Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsi, eyni zamanda təbii ki, beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Nəzərə alsaq ki, həyata keçirilən islahatlar bir tərəfdən həm iqtisadiyyatın inkişaf etdirilməsi və dayanıqlığın, eləcə də inklüzivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən isə bu sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Nəzərə alsaq ki, 2019-ci ildə Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və eləcə də rəhbərliyi ilə iki soaial paket tətbiq olundu və o paketlər həm minimum əməkhaqqı, həm də orta aylıq əməkhaqqı məbləğlərinin təxminən iki dəfəyə yaxın artımları ilə nəticələndi. Orta ayıq əməkhaqqı və eləcə də minimum pensiyada 93 faizdən artıq artım qeydə alındı ki, bu da təbii ki, xüsusən sosial indekslərin daha da yaxşılaşdırılmasına və vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə imkan yaratdı. 2020-ci ildə pandemiyanın təsirləri və eləcə də qlobal bazarlarda, o cümlədən neft bazarındakı olatilliyi yüksək olmasına baxmayaraq, sosial proqramlar icra olunur və eyni zamanda sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində də artımlar var. Bu isə ondan xəbər verir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetdir və aparılan islahatlar növbəti illərdə də Azərbaycanın inkişafını davam etdirməsi üçün bir zəmin yaradır. Bütün bunlar islahatların nəticəsi kimi xarakterizə olunmalıdır. Nəzərə almaq lazımdır ki, bu, yoxsulluq səviyyəsinin kəskin azalmasına və eyni zamanda vətəndaşlarımız üçün soaial təminat mexanizminin daha da gücləndirilməsinə gətirib çıxarıb", deyə Vüqar Bayramov bildirib.