Ukraynada virusa yoluxanların sayı 53 minə yaxınlaşır

11 İyul 2020 13:05 (UTC+04:00)

Ukraynada son sutkada daha 800 nəfər koronavirusa yoluxub.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Aparatının koronavirusun yayılmasına dair monitorinq sistemi məlumat yayıb.

Ölkədə COVID-19-a yoluxanların sayı 52 843 nəfərə çatıb.

Son sutkada 27 nəfər virusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 372 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 25 661 pasiyent sağalıb.