Daha bir jurnalist koronavirusdan sağalıb

11 İyul 2020 12:20 (UTC+04:00)

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusdan sağalıb.

SİA-nın məlumatına görə, bu barədə Aynur Nəsirova "Facebook" səhifəsində paylaşım edib.

O, testinin nəticəsinin neqativ olduğunu bildirib: "Xəstəxana dövrü bitdi".

Qeyd edək ki, A.Nəsirova həm də "ARB24" televiziyasının baş redaktor müavinidir. İyulun 3-ü onun koronavirusa yoluxduğu haqqında məlumat verilmişdi.