Rusiyada daha 6 611 nəfər koronavirusa yoluxdu

11 İyul 2020 12:15 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 720 min nəfəri keçib. Ölkədə son sutka ərzində 6 611 nəfər virusa yoluxub, 188 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 720 547 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 11 205 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 497 446 nəfər virusdan sağalıb, 211 896 nəfərin müalicəsi isə davam edir.