"Son 17 ildə Azərbaycan iqtisadiyyatı ciddi əsaslarla inkişaf edib" ÖZƏL-MÜNASİBƏT

11 İyul 2020 12:17 (UTC+04:00)

"Son 17 ildə Azərbaycan iqtisadiyyatı ciddi əsaslarla inkişaf edib. Bu əsaslar neft gəlirlərinin qeyri-neft sektoruna yerləşdirilməsi, gələcəyə hesablanmış iqtisadi proqramların uğurla icrası və valyuta ehtiyatların yaradılmasından ibarət olub". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, 2003-cü ildən ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya yatırılması sayəsində ölkəmizin karbohidrogen ehtiyatların ixrac kəmərləri, beynəlxalq logistik nəqliyyat dəhlizləri, ölkə daxili infrastruktur tikilib, Azərbaycan dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatına malik ölkələrin sırasına daxil ola bilib: "Son 16 ildə baş vermiş qlobal iqtisadi böhranlardan Azərbaycan üzü ağ çıxıb, manatın kəskin ucuzlaşması nəticəsində əhalinin xarici valyuta ilə götürülmüş kreditlərlə bağlı problemi MDB məkanında ən yüksək səviyyədə həll olunub. Ümumiyyətlə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin təməlində sosial siyasət dayandığından dövlət gəlirləri hesabına həyata keçirilən layihələrin əsas hissəsi insanların sosial rifahına xidmət edir. 2019-cu ilin sonundan neftin qiymətinin dünya bazarlarında kəskin aşağı enməsi, mart ayından qlobal pandemiyanın təsirindən dünyada iqtisadi fəallığın aşağı düşməsi və dövlət resurslarının insanların sağlamlığına yönəlmdilməsi ölkəmizin iqtisadiyyatına da öz mənfi təsirini göstərib. Bu, son 5 ayın iqtisadi göstəricilərində inkişaf etmiş ölkələrin iqtisadiyyatlarını 7-8%-ə qədər gerilədiyi halda Azərbaycan iqtisadiyyatı cəmi 1,7% azalıb.

Baxmayaraq ki, ölkədə tətbiq olunmuş karantin tədbirləri nəticəsində turizm sektoru tamamilə dayanmasına və digər sahələrdə də iqtisadi fəallıq aşağı düşməsinə rəğmən son 5 aydakı azalma o qədər də böyük rəqəm hesab olunmur. Dünya iqtisadiyyatı üçün yenidən iqtisadi böhranla üzləşdiyi bu ağır dövürdə neft gəlirlərinin kəskin aşağı düməsinə və ilin əvvəlində dövlət büdcəsində nəzərdə tutulmayan 3,5 milyard manata qədər vəsaiti pandemiya ilə əlaqədar dövlət dəstəyi proqramlarına yönəldilməsinə baxmayaraq valyuta ehtiyatlarımız cəmi 98 milyon manat azalıb. Ümumi iqtisadiyyatımızın azalmasına baxmayaraq kənd təsərrüfatın 3%, qeyri-neft sənayesinin isə 16%-dən çox artması son illərdə ölkəmizdə həyata keçirilən qeyri-neft sektorun diversifikasiyası siyasətinin uğuru hesab etmək olar. Ölkəmizdə aparılan geniş islahatlar öz səmərəsini verib, qlobal pandemiya ilə uğurla mübarizə aparmasına, ölkə iqtisadiyyatının fəallığının yenidən bərpasına və az itkilərlə ili başa vurmağaımıza imkan verəcək".