ÜST: Dünyada son sutkada rekord sayda COVID-19-a yoluxma hadisəsi qeydə alınıb

11 İyul 2020 03:17 (UTC+04:00)

Dünyada son bir gündə 228 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bunun pandemiyanın başlanmasından bəri rekord göstərici olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı iyulun 4-də qeydə alınıb - 211 mindən çox.

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayının 12 milyondan çox olduğu vurğulanıb.