Amerikalı sahibkar İlon Mask milyarderlər siyahısında yeddinci yerə qalxıb

11 İyul 2020 08:11 (UTC+04:00)

Amerikalı sahibkar İlon Mask milyarderlər siyahısında yeddinci yeri tutdu.

SİA xəbər verir ki, reytinq "Bloomberg" agentliyi tərəfindən tərtib edilib.

Beləliklə İ.Mask "Berkshire Hathaway" investisiya fondunun başçısı Uorren Baffeti geridə qoyub.

Bildirilir ki, "Tesla" şirkətinin səhmlərinin qiyməti qalxdığı üçün onun sərvəti 6.1 milyard dollar çoxalaraq 70.5 milyarda çatıb. 10-cu pillədə yer alan U.Baffetin sərvəti isə 69.2 milyard dollar təşkil edir.

7-ci və 8-ci yerləri müvafiq olaraq Google korporasiyasının təsisçisi Sergey Brin (70.4 milyard dollar) və hindistanlı "Reliance" holdinqinin sahibi Mukeşa Ambani (70.32 milyard dollar) qərarlaşıblar.

İlk üçlükdə isə Ceff Bezos ("Amazon", 189 milyard dollar), Bill Geyts ("Microsoft"un təsisçisi, 116 milyard dollar) və Mark Sukerberg ("Facebook", 93 milyard dollar) yer alıblar.