Çin hökuməti 23 xarici müəssisədən ət məhsulları idxalını dayandırıb

10 İyul 2020 22:50 (UTC+04:00)

Çin hökuməti 23 xarici müəssisədən ət məhsulları idxalını dayandırıb.

SİA xəbər verir ki, buna həmin məhsullarda koronavirusun aşkar edilməsi səbəb olub.

Bu müəssisələr arasında Braziliya, Böyük Britaniya, Almaniya və ABŞ-dan müəssisələri yer alıb.

Qeyd olunur ki, 23 müəssisədən 10-u ixracı Çinin xahişi ilə dayandırıb.