Polşada prezident seçkilərinin ikinci turu ilə əlaqədar iyulun 11-də “sükut günü” başlayıb

11 İyul 2020 06:55 (UTC+04:00)

Polşada prezident seçkilərinin ikinci turu ilə əlaqədar iyulun 11-də “sükut günü” başlayıb.

SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, iyulun 12-də Polşada 27 mindən çox seçki məntəqəsi yerli vaxtla 07:00-dan 21:00-dək fasiləsiz işləyəcək. Yalnız səsvermə başa çatdıqdan sonra yerli KİV-lər “exit-poll”un nəticələrini dərc edə bilər.

Prezident postu uğrunda hazırkı lider Ancey Duda və Varşavanın meri Rafal Tşaskovski mübarizə aparır. Seçkilərin birinci turu iyunun 28-də keçirilib. Dövlət Seçki Komissiyasının məlumatına görə, Andjey Duda birinci turunda 8,45 milyon (43,5 faiz səs), Rafal Tşaskovski isə 5,9 milyon (30,4 faiz səs) seçicinin dəstəyini qazanıb. Namizədlər qeyd-şərtsiz qələbə üçün zəruri olan sadə səs çoxluğunu toplamadıqları üçün mübarizəni ikinci turda davam etdirirlər.