Rusiyada “Lada” markası altında NİVA avtomobillərinin istehsalına başlanılıb

11 İyul 2020 06:18 (UTC+04:00)

“AvtoVAZ” şirkətinə daxil olan “Lada West Toliatti” (keçmiş GM-AvtoVAZ müştərək müəssisəsi) “Lada” markası altında NİVA avtomobillərinin istehsalına başlayıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Sükanın üzərində və maşının ön hissəsində əks olunan “Lada” loqosuna dəyişiklik edilərək üçölçülü qayıq şəklində dizayn edilib.