Efirdə Emil Bədəlovla aparıcı söz savaşına çıxdı VİDEO

11 İyul 2020 10:21 (UTC+04:00)

Verilişlərin birində aparıcı Vüsalə Əlizadə ilə müğənni Emil Bədəlov arasında gərgin anlar yaşanıb. SİA-nın məlumatına görə, Vüsalə ifaçıya "Mən evə qayıdıram" filmi ilə bağlı sual ünvanlayıb.

Emil isə soyadının səhv deyildiyindən şikayətlənərək "Xahiş edirəm, soyadımı düzəldin. "Bedelov" yox, "Bədəlov"dur" sözlərini söyləyib.

Vüsalə isə əsəbiləşərək "Mənim dilimdə qüsur tutursan? Mənə ağıl öyrətmə. Nitqimdə heç kim qüsur tuta bilməz, çünki təlimli aparıcıyam" cavabını verib.

Aparıcının müğənnini sözügedən ekran işində ciddi obraz yaratdığını deməsinə isə Bədəlov "Məni ciddi görməmisiz?" reaksiyasını verib.