"Sabah"ın yeni baş məşqçisi bəlli olub

10 İyul 2020 22:13 (UTC+04:00)

"Sabah"ın yeni baş məşqçisi bəlli olub. SİA xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

2019/20 mövsümünün sonunda Jelko Sopiçlə yollarını ayıran bakılıları yeni mövsümdən ispaniyalı Visente Qomes çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın "Dinamo" (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi-məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.