Türkiyə Prezidenti Ayasofyanın ibadətə açılması barədə qərarı imzalayıb

10 İyul 2020 19:59 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın ibadətə açılması barədə qərarı imzalayıb.

SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ayasofyanın Diyanət İşləri İdarəsinə təhvil verilərək ibadətə açılması ilə bağlı qərarı “xeyirli olsun” mesajı ilə özünün Tvitter səhifəsində paylaşıb. Qərar “Rəsmi qəzet”də dərc olunub.

Prezident bu qərarı Türkiyənin Apelyasiya məhkəməsi tərəfindən Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Kabinetinin 1934-cü il 24 noyabr tarixli qərarı ləğv olunduqdan sonra imzalayıb.