Avropa sərt rejimə keçir TƏHLÜKƏ

10 İyul 2020 15:45 (UTC+04:00)

İtaliya Ermənistan da daxil olmaqla 13 ölkə vətəndaşlarına qadağa qoydu

Koronavirusa yoluxdurma təhlükəsinə görə, İtaliya hökuməti 13 ölkə vətəndaşlarının bu ölkəyə girişini müvəqqəti qadağan edib. SİA xəbər verir ki, bu barədə euronews yazır. Bu ölkələr sırasında Ermənistan, Bəhreyn, Braziliya, Bosniya və Hersoqovina da var. Eyni zamanda, son iki həftədə bu ölkələrdə olan italyanlara da 14 günlük karantin rejimi tətbiq olunacaq.

Rumıniya pandemiyanın ikinci dalğasında olduğunu bildirib

Rumıniyada da yoluxma hallarının artmasından narahatdırlar. Belə ki, son sutka ərzində 600 nəfər infeksiyaya yoluxub. Hökumət vətəndaşları tələb edilən qaydalara riayət etməyə çağırıb. Səhiyyə nazirliyindən isə bildirirlər ki, ölkə pandemiyanın ikinci dalğasını yaşayır. Fövqəladə halın yenidən bərpa olunması barədə söhbətlər getməsə də, onun tətbiq ediləcəyi də istisna olunmur.

İspaniya, Fransa və Yunanıstan da sərt rejimə keçirlər

İspaniyanın Balear adaları hökuməti qoruyucu maskalardan istifadəni məcburi edib və bu qayda bütövlükdə muxtar ictimaiyyətinə adi olunub. Hazırda adalarda 9 infeksiya ocağı aşkar edilib. Səhiyyə xidmətindən bildirilib ki, həmin ocaqlar nəzarət altındadırlar.

Fransa və Yunanıstanda isə hökumətlər bəyan ediblər ki, insanlar sanitar təhlükəsizliklərə riayət etməyə meylli deyillər. Yunanıstanın bir sıra ölkələrlə olan açıq aviaəlaqələrindən sonra koronavirusun idxal yolu ilə yoluxması halları qeydə alınıb. Rəsmi Afina artıq gələn həftənin ilk iş günündən yeni və sərt məhdudiyyət ölçülər tətbiq edəcəyini açıqlayıb.

Rövşən RƏSULOV