Tonlarla ot bağlaması yandı

10 İyul 2020 15:34 (UTC+04:00)

Zərdab rayonunun Dəkkəoba kəndində həyətyanı sahəyə yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.