Boliviya prezidentinin səlahiyyətlərini icraçısı koronavirusa yoluxub

10 İyul 2020 08:43 (UTC+04:00)
Boliviya prezidentinin səlahiyyətlərini icra edən Janin Anyes koronavirusa yoluxub. SİA xəbər verir ki, bu barədə J.Anyes "Twitter" səhifəsində bildirib. J.Anyes deyib: "Son bir həftə ərzində [komandamdan] bir çoxunda koronavirusun aşkarlandığını nəzərə alaraq testdən keçdim və onun da nəticəsi pozitiv çıxıb". Boliviya prezidentinin səlahiyyətlərini icra edən qeyd edib ki, o özünü yaxşı hiss edir. "Vəziyyətimi yoxlamaq üçün daha bir analizi verənə qədər iki həftə müddətində karantində olacam".