Bu gün Avropa Liqasının 2019/20 mövsümünün final mərhələsinin püşkü atılacaq.
SİA xəbər verir ki, bir oyundan ibarət olacaq 1/4 və 1/2 final mərhələlərinin püşkatmasının gerçəkləşəcəyi tədbirdə finalın nominal meydan sahibi də bilinəcək.
İsveçrənin Nyon şəhərindəki püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Koronavirus pandemiyası üzündən martda dayandırılan Avropa Liqasının 1/8 final mərhələsi yarımçıq qaldığından püşkatmada 8 cüt iştirak edəcək.
Cavab matçları baş tutmayan 1/8 finalçılar Almaniyadakı həlledici mərhələdəki rəqiblərini tanıyacaq. Püşk zamanı səbətlərə görə bölünmə olmayacaq və eyni ölkə təmsilçiləri üz-üzə gələ biləcək.
“Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) cütünün qalibi
“Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) cütünün qalibi
“Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) cütünün qalibi
“İnter” (İtaliya) – “Xetafe” (İspaniya) cütünün qalibi
“Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi
“Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi
LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları avqustun 5-6-da keçiriləcək. Həlledici qarşılaşmalar isə Almaniyanın Köln, Duysburq, Düsseldorf və Helzenkirhen şəhərlərində baş tutacaq. 1/4 final avqustun 10-11-də, 1/2 final 16-17-də, final isə 21-də təşkil ediləcək.