“Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi" adlandırmaq cürük ideyadır” ÖZƏL-MÜNASİBƏT

9 İyul 2020 17:58 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti qurucularının tarixi fəaliyyətinə, o cümlədən Məmmədəmin Rəsulzadənin xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, milli dövlət quruluşunun dirçəldilməsində xidmətlərinə yüksək dəyər verərək Məmmədəmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdır. Məmməd Əmin Rəsulzadə türk və islam dünyasında ilk parlament respublikası, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının ideoloqlarından, əsasını qoyanlardan biridir, xalqmızın mənəvi sərvətidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

Forumun vitse-prezidenti vurğulayıb ki, “Milli Şura” üzvləri olan şəxslər “Əli Kərimlini zəmanəmizin Məmmədəmin Rəsulzadəsi adlandırmaq” təklifi ilə çıxış etməkdən çəkinməyiblər və bu cürük ideyadır.
“Bu çürük ideyanın iki səbəbi ola bilər. Birincisi, bu, siyasi cəhətdən savadsız, heç bir siyasi dünyagörüşə malik olmayan, Məmmədəmin Rəsulzadənin adından başqa onun siyasi fəaliyyəti, tarixi yeri haqqında məlumatı olmayan cahillərin gülünc düşüncələrdən yaranan səbəbdir. Digəri, ikincisi isə milli şuranın növbəti siyasi oyunlarının tərkib hissəsi və antimilli təbliğatdır.

Əli Kərimli və onun məsləkdaşları Azərbaycanın uğurlarına qara kölgə salmağa çalışan, xarici ermənipərəst qüvvələrin əlində alətə çevrilmiş özlərini “müxalifətçi” adlandıran bir qrup şəxslərdir. Əlbəttə onların mövqeyi ictimayyət tərəfindən, hətta öz üzvləri tərəfindən birmənalı qəbul olunmur. Ölkəmizdə həyata keçirilən islahatlar fonunda siyasi partiyaların davamlı olaraq dövlət qeydiyyatına alınması, yeni siyasi konfiqurasiyanın formalaşması, demokratik cəmiyyət quruculuğunun daha da inkişaf etdirilməsi məqsədilə partiyalararası münasibətlərin tənzimlənməsi, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqun formalaşmasına nail olmaq istqamətində inkişaf bu kimi ünsürlərin sıradan çıxmasına yaranan tarixi zərurətdir”, deyə Nüşabə Məmmədova bildirib.