Vilayət Eyvazovdan yeni təyinat

9 İyul 2020 12:02 (UTC+04:00)

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. SİA xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı İsgəndərov Fərid Vulqar oğlu DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Gəncə xətt Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi olub.