"Prezidentin təşəbbüsünün dəstəklənməsi Azərbaycana hörmətin əyani sübutudur" - Nizami Əhmədov

9 İyul 2020 11:45 (UTC+04:00)

"Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi. Dünya dövlətlərinin pandemiya ilə bağlı daha çox lokal xarakterli mübarizə apardığı bir dövrdə Prezident İlham Əliyevin problemin qlobal müstəvidə həll olunmasının təşəbbüskarı kimi çıxış etməsi və bu təşəbbüslərə müsbət reaksiyalar dövlət başçımızın dünya miqyasında rolunun və dünyadakı liderlik nüfuzunun bariz göstəricisidir". Bunu SİA-ya açıqlamasında YAP Qax rayon təşkilatınnı sədri Nizami Əhmədov deyib.

N.Əhmədov artıq 4 aya yaxın bir zamanda bütün dünyanı bürüyən koronavirus pandemiyasının qlobal xarakter daşımaqla insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, həm də qlobal sosial-iqtisadi və humanitar təhlükələr də yaratdığını deyib: "Dünya müharibəsi ilə müqayisə edilə biləcək dərəcədə təhlükəli olan COVID-19 pandemiyasına qarşı beynəlxalq həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Dünyada COVID-19 pandemiyası başlayandan bəri Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu virusa qarşı səmərəli mübarizə ilə yanaşı, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

İlk dəfə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Azərbaycan Prezidentinin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca hazırda Hərəkatın sədri olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT-nin Baş katibi mayın 28-də BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-dək edilən təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan Prezidentinin bu təklifindən keçən dövr ərzində rəsmi məlumatlara görə, 130-a qədər ölkə təşəbbüsə dəstək verib".

"Ermənistan isə, öz mahiyyətinə uyğun olaraq, bu təklifə qarşı çıxan yeganə ölkə kimi beynəlxalq müstəvidə özünü növbəti dəfə gülünc vəziyyətdə qoyub",- fikrini deyən N.Əhmədov onu da vurğulayıb ki, əslində, Ermənistanın bu addımı gözlənilən idi: "Çünki 30 ilə yaxındır ki, bu ölkə Azərbaycanın beynəlxalq müstəvisdə atdığı addımları, gördüyü işləri, verdiyi təklifləri qaralamaqla məşğuldur. Ona görə də ermənilərin bu addımı o qədər də təəccüb doğurmadı. Ancaq söhbət insan taleyindən, ümumbəşəri təhlükədən gedirsə, bu cür cılız yanaşma adamda ikrah hissi yaradır. Paşinyan vətəndaşına verdiyi “dəyər”i bir neçə gün əvvəl də ölkəsinin yüksək tribunasından elan etmişdi. O, pandemiyanın hansı istiqamət götürməsindən aslı olmayaraq, iqtisadi problemlərdən yaxa qurtarmaq üçün, iş yerlərinin tam olaraq açılacağını elan etdi. Və bununla da insan faktorunun ondan ötrü axırıncı dərəcəli olduğunu ortaya qoydu".

N.Əhmədov BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi, virusla mübarizədə beynəlxalq səviyyədə ictimai birliyin formalaşmasına, koordinasiyalı addımlara stimul verəcəyini qed edərək, sərhədlərini bağlamaqla kifayətlənən, yalnız öz ölkəsini qorumağa çalışan və dünyanın güc mərkəzi hesab olunan ölkələri belə, COVİD-19-la mübarizədə səfərbərliyin artıq qaçılmaz olduğunu düşünmək məcburiyyətində qalmağa gətirdiyini dedi: "Məhz elə buna görə də bu təşəbbüsün müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyevi dünya ictimaiyyəti uzun illər minnətdarlıqla xatırlayacaqdır. BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və bir çox dövlətlərin başçıları, beynəlxalq təşkilatların rəhbərləri pandemiyaya qarşı aparılan qlobal mübarizəyə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər".

"Qürur verici haldır ki, COVID-19-a qarşı mübarizədə birləşən ilk beynəlxalq təşkilat-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə Görüşü də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmişdir" -deyən rayon təşkilatınnı sədri may ayının 4-də Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi.

N.Əhmədov onu da qey edərək bildirdi ki, Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi uğurlu və məqsədyönlü siyasəti ilə bütün dünyaya nümunədir. Çətin pandemiya dövründə ölkəmizin 30-dan artıq dövlətə humanitar yardım göstərməsi, Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə verməsi bunun bariz nümunəsidir.

Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfransı bir daha sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir: "Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu etimadı isə Azərbaycan öz beynəlxalq öhdəliklərinə sadiq qalmaqla, qlobal humanitar təşəbbüsləri və Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində qazanıb.

Byütün insanlar əmindirlər ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multiliteralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək. Və xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və dünyanı təhdid edən bu problemə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir".

RƏFİQƏ KAMALQIZI