Tonlarla ot bağlaması yandı

9 İyul 2020 11:15 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 13 ton ot bağlamasının 10 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.