Aparıcı Afaq Gəncəli görünüşündə dəyişiklik edib. SİA-nın məlumatına görə, aparıcı xeyli çəki atıb, beli incəlib. O, yeni fotolarını "İnstagram" səhifəsində yayımlayıb.
Afaq şəkillərinə "Bu yayın öz hekayəsi olacaq" qısa şərhini yazıb.
İzləyiciləri isə Gəncəliyə "Necə arıqlamısınız: idman, yoxsa pəhriz?", "Siz də bədən şəkilləndirmə etmisiniz deyəsən", "Çox arıqlamısınız" kimi şərhlər yazıb, suallar ünvanlasalar da aparıcı cavabsız qoyub.