"Arıqladıqdan sonra bir çox rollardan kənarlaşdırıldım" FOTO

9 İyul 2020 12:24 (UTC+04:00)

Əməkdar artist Nahidə Orucova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktrisa proqramda artıq çəki atmaqla şarmını itirdiyini etiraf edib: "Həmkarlarıma demişdim ki, arıqlayacam və sizin ölçüdə olacam. Etdim də... Hələ arıqlamağa davam edirdim, amma gördüm ki, dayanmaq lazımdır.

Çünki obrazlarıma xələl gəldi. Artıq görürəm ki, bir çox obraza uyğun deyiləm. Şarmımı itirdim. İndi tam başqa viddəyəm. Ömürboyu arzulamışam ki, framsız qadınlarına oxşayıram.

Amma kənardan deyilən tənqidlər məni narahat etmir. Önəmli olan sağlamlığım idi".