Nağıyevin komandası səfər matçından məğlubiyyətlə ayrılıb

9 İyul 2020 00:38 (UTC+04:00)

Futbol üzrə Moldova çempionatında 2-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Petrokub” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

İki turdan sonra 3 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.