Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

9 İyul 2020 00:19 (UTC+04:00)

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Qadiri Oqtay Böyükağa oğlu yolu keçmək istəyən zaman onu maşın vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.