"Galatasaray"dan böyük hesablı məğlubiyyət, "Trabzonspor" xal itirib

9 İyul 2020 00:01 (UTC+04:00)

Futbol üzrə Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Qalatasaray” bu turda çətin “Alanyaspor” səfərinə yollanıb və bu dəfə də xalsız qalıb. Üçüncü pillədəki “Sivasspor” evdə “Yeni Malatyaspor”a uduzubsa, turnir cədvəlinin ikincisi “Trabzonspor” bu turda “Antalyaspor”la dueldən xal itkisi ilə ayrılıb. “Göztəpə” – “Ankaragücü” matçında da qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası

31-ci tur

8 iyul

Sivasspor – Yeni Malatyaspor 0:1

Qol: Akva, 68.

Trabzonspor – Antalyaspor 2:2

Qol: Sosa, 15-pen; 43-pen – U.Akyol, 9-pen. Y.Kurtuluş, 66.

Alanyaspor – Qalatasaray 4:1

Qol: Sisse, 43; 45+2. Bakasetas, 90. M.Pektemek, 90+6 – A.Büyük, 45+3.

Göztəpə – Ankaragücü 2:2

Qol: Vilçek, 26-pen. S.Aydoğdu, 45+1 – Orgill, 17. Q.Rodriqes, 58-pen.

7 iyul

Gənclərbirliyi – Fənərbaxça 1:1

Qol: Stanku, 60 – E.Belözoğlu, 81.

Başakşəhər – Dənizlispor 2:0

Qol: Krivelli, 65. Vişça, 78-pen.

9 iyul

19:30 Rizəspor – Kayserispor

22:00 Beşiktaş – Kasımpaşa

22:00 Qaziantep – Konyaspor