“Milli demokratçılıq", yoxsa milli satqınlar? - ŞƏRH

8 İyul 2020 17:27 (UTC+04:00)

Yaxud “Milli Şura” satqınları üçün hər şey satlıq maldır

Belə bir deyim var - o insanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, belələrinin zehniyyatı də aşağı səviyyədə olar. Çünki hər şeylərini pula satırlar. Elə "Milli Şura"nın həmfikirlilərinin dediyi kimi, "bünövrədən ağılı olmayan ağılsız professor" Cəmil Həsənli kimi. Çünki "Milli şura" deyilən dələduz və xəyanətkarların iblis yuvasındakı xarici qüvvələrin erməni xislətli xidmətçiləri 5-10 qranta görə bütü mənliklərini satırlar. Bəli, satırlar. Koronavirus bütün dünya ölkələrində tüğyan etdiyi və insan tələfatının sayı-hesabı olmadığı bir zamanda Azərbaycan dövlətinin elə ilk gündən apardığı operativ və uğurlu işlərinə qara yaxmaqla xalqın dəstəyini qazanmaq arzusu ilə "zoom"la keçirilən iclasında işlədilən ifadələr və videonun həmin hissəsinin sosial şəbəkədə paylaşılması bir daha nəinki xalqın, öz ətrafında olanların nifrətini birə on qat əsəbləşdirib.

Hafiz Hacıyev: “Milli Şura”-nın dirijoru Kərimli Əli, "ağsaqqalı" Cəmil Həsənli ola, hansı milli qeyrətdən danışmaq olar”

Müasir Müsavat Partiyasınnı sədri Hafiz Hacıyev qeybətxana yuvası olan "Milli Şura"nın "zoom"la keçirilən iclasında işlədilən ifadələri eşitdikdə, əlimi göyə qaldırıb belə tərbiyəsiz və əxlaqsız virusların aramızdan yox olmasını arzuladığını bildirib: "Xarici qüvvələrin diktəsi ilə İstər Kərimli Əlisi, istər Həsənli Cəmil, istər Hacıbəyli Gültəkin və digər satqı və dələduz viruslar birmənalı olaraq hazırda Azərbaycana qarşı mənfur kampaniyalar aparılır. Məqsəd Azərbaycandakı sabitliyi və təhlükəsiz həyat mühitini pozaraq güclü təxribat yaratmaq‚ ölkədə qarışıqlıq salmaq üçün hər yola əl atılır. İllərdir biz qüvvələri bu iyrənc anti-kampaniyaları davam etdirdiyini görürük. Bu gün qıvrıla-qıvrıla qalan bu dələduzlar yığnağı Azərbaycanda qarışıqlıq yaratmaq üçün tin kornavirusdan faydalanaraq, guya xalqın dərdinə qalmaq məqsədi ilə sosial şəbəkələrdən çağırışlar edir, mitinqlərə çıxmaqla bu problemdən xidas olmaq nail olacaqlarını bildirirlər. Səviyyəsi düşüncə buna deyilir. Erməni əsgərinin çəkməsinə "tryapka" olmağa razı olan Kərimli Əli, Həsənli Cəmillərdir ki, işğalçı və təcavüzkar Ermənistannı müdafiəsinə qalxaraq deyir ki, iqtidar Erməni dövlətin ancaq börtanlar yağdırır. Məqsəd nədir? "Milli Şura" dələduzları Azərbaycanda ikinci erməni dövləti qurmaq üçün işğalçı erməni əsgərinin çəkməsinə "tryapka" olmağa belə razıdırlar. Kimsə doğrudan da varlanmaq üçün, xəyanətinə əvəz olaraq pula satılır. Məhz buna görə də xəyanətin qiyməti yüksəkdir. Satqın üçün hər şey - satlıq maldır. Ancaq unutmaq olmaz ki, hər kəs gec-tez etdiyi cinayət əməllərinə görə də cəzasını çəkməlidir. Ancaq bu parazitlər anlamırlar ki, "sirkə nə qədər tünd olsa öz qabını çatladacaq".

Cümşüd Nuriyev: ""Milli Şura"da təmsil olunanları Azərbaycan dövlətinin milli maraqları elə də mühüm əhəmiyyət kəsb etmir"

Politoloq Cümşüd Nuriyevin fikrincə, "Milli Şura"da təmsil olunanlar dövlətçilik, milli maraqlardan uzaq düşdüklərindən onlar üçün Azərbaycan dövlətinin milli maraqları elə də mühüm əhəmiyyət kəsb etmir: “Radikal müxalifət 30 il bundan qabaq hansı səviyyədə idisə, bu gün də həmin səviyyədədir. Onların fəaliyyətində heç bir irəliləyiş yoxdur. Bu qüvvələr yenə də köhnə prizmadan məsələlərə yanaşaraq, dövlətin, xalqın marağını deyil, öz şəxsi maraq və ambissiyalarını üstün tuturlar.

Radikallar hər şeyi uçurub dağıtmaqla hakimiyyətə gəlməyi sınaqdan keçirdilər, onun ağır nəticəsini də gördük. Şuşa, Laçın, Kəlbəcər və digər rayonlarımız işğal olundu. Hansı siyasi qüvvəni təmsil etməyindən, hakimiyyətdə kimin olmasından asılı olmayaraq bütün hallarda vətəndaşlar üşün dövlət maraqları şəxsi maraqlardan üstün olmalıdır. Ancaq görürük ki, "Milli Şura" adlanan qurum heç bir halda, heç bir məsələdə dövlətçilik mövqeyindən çıxış etmir. Onlar üçün Azərbaycanın zəifləməsi, başqalarının əlində alət olması yaxşıdır, təki özləri üçün yaxşı olsun və hakimiyyətə yiyələnsinlər. Belə düşüncədə olan siyasilər şəxsi maraqlarını milli maraqlardan üstün tuturlar. Təəssüf ki, "Milli Şura"da bu gün belə bir atmosfer hökm sürür”.

Vahid Məhərrəmli: "Bekarçılıqdı, tema da yoxdu, gəlin biz hökumətdən karantinə görə bu dəfə 500 manat tələb edək, nəyə görə tələb edək, bilirik onsuz verməyəcəklər"

Göründüyü kimi, mili xəyanətlə xəmirləri yoğrulanların "Milli Şura"da fəaliyyətlərini şər-böhtan üzərində qurduqlarını özləri də etiraf edir. Hələ çox etiraflar eşidiləcək. Və qeybətxana olan "Milli Şura"nın "zoom"la keçirilən son onlayn tədbirləri siyasi müzakirələrdən daha çox, qeybət, şər-böhtan məclisini xatırladır. Bu qurum son videomüşavirə ilə də özlərini bir daha ifşa etdilər. Belə ki, Milli Şura üzvü Vahid Məhərrəmli deyir ki, bekarçılıqdı, tema da yoxdu, gəlin biz hökumətdən karantinə görə bu dəfə 500 manat tələb edək, nəyə görə tələb edək, bilirik onsuz verməyəcəklər, amma biz bunu görüntü üçün də olsa ona görə deməliyik ki, xalq da görməlidir ki, biz bu xalqın qayğısını çəkirik, qeydinə qalırıq”.

Qənimət Zahidov isə etiraf edir ki, onların işi hökuməti şərləməkdir.

Bütün dünyada koronavirus adlı bəlaya qarşı mübarizə apardığı halda AXCP və MŞ üzvləri nırx dirəniblər ki, bu bir siyasi oyundur. Görülən tədbirləri gah "pulun yuyulmasına" bənzədir, gah da insanların guya çipləşdirilməsi yolu ilə idarə olunması kimi cəfəng fikirlər atırlar ortaya. Daha hökumətlərin iş-gücləri yoxmuş, bir-bir hamıya çip yerləşdirəcəklər ki, idarə etsinlər.

Deyir, "kar könlündəkin anlar", özləri korazehindirlər, elə bilirlər ki, hamı elədir. Bir baxın, neftin qiyməti düşüb, ancaq Azərbaycan iqtisadiyyatı, ölkəmiz yaşayır və qalib gəlir. Artım azalsa da, qeyri-neft sektorunda inkişaf öz yolu ilə gedir. Bəs, görəsən, radikalların intellektləri harada ilişib qalıb ki, baş verənləri ayıq başla təhlil etsin. Əlbəttə ki, təhlil aparmağa savadları çatırsa.?! Bu gün kərimlilər, həsənlilər və onlar kimiləri düşmənlərimiz ermənilərlə əlbir fəaliyyət göstərirlər.

Sədaqət Vəliyeva: "Əli Kərimli kimilər sabah Dağlıq Qarabağın işğaldan azad olunması üçün müharibə başlayanda hansı xəyanətləri edəcəyi indidən bəllidir"

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva həmişə Azərbaycana qarşı şər, böhtan etməklə fəaliyyətlərini erməni dəyirmanına su tökmək olub: "Onların sosial şəbəkələrdə küçələrdə əsassız çağırışları, insanları pandemiyaya inanmamağa sövq etməsi, siyasi məqsədləri naminə qaragüruhçuluq etmələri qanunla məhdudlaşdırılmalıdır. Biz həqiqətən də müharibə_virusa qarşı müharibə şəraitindəyik və bütün proseslər müharibə qanunlarına uyğun olmalıdır. Əgər pandemiya zamanı insanları hakimiyyət əleyhinə kökləyən, dövləti və xalqı zəlil günə qoymağa çalışan Əli Kərimli kimilər sabah Dağlıq Qarabağın işğaldan azad olunması üçün müharibə başlayanda hansı xəyanətləri edəcəyi indidən bəllidir. Bu səbəbdən də bütün qaydalar sərtləşdirilməlidir, cərimələr artırılmalıdır. Biz gələcəyimizi, xalqımızı, dövlətimizi məsuliyyətsiz, şəxsi mənafeyini düşünən insanlardan və xalqımıza, cəmiyyətimizə, dövlətimizə düşmən kəsilmiş Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimilərdən xilas etməliyik".

"Balıq başından iylənər" el məsəlini xatırlayaraq qəti şəkildə deyə bilərik ki, belə şərəfsizliklər edənlərin baş siyasi fahişəsi də məhz elə Əli Kərimlidir! Bu o Əli Kərimlidir ki, ölkəmizin son 17 illik uğurlu işlərinə, bu işlərdə DÖVLƏT-XALQ BİRLİYİNDƏN qaşınmaya düşən Əli Kərimli yenə də yürüş edib çox sevdiyi klaviaturasına və daxilindəki tükənməz ermənixislətliyini sosial şəbəkə vasitəsi ilə söndürməyə çalışır. Sən demə, dövlət xalqından "qorxurmuş" və bu da "faydalı" bir zadıymış-filan... Yəni demək istəyib ki, guya hakimiyyət hər dəfə bunların haray-şivənindən "qorxaraq", sözügedən addımları atır (?!). Bax, budur, ermənisifətli gəda? Bu gəda hələ də qanmır ki, hakimiyyət xalqdan "qorxmur", əksinə, xalqına xidmət edir, xalqının dərdinə-sərinə yanır, xalqı üçün bütün imkanlardan istifadə edir və ona görə edir ki, XALQ HAKİMİYYƏTİN MƏNBƏYİDİR! Bir də dərk etməyə nə əqli, nə də əxlaqı imkan vermir. İllər böyu rusun, farsın, erməninin, ingilisin, amerikalının, norveçlinin maşası, quyruq bulayanı ola, belə əxlaqsız və mənəviyyatını bütünlüklə qrantlara satan bir nakəsdən başqa nəyi gözləmək olar?! Pul müqabilində mitinqə qatılan 2800-3000 nəfər qaragüruhçunu, şəkil çəkdirib, ondan arayış alaraq, Avropaya "siyasi mühacir" statusunda getmək istəyən tör-töküntüləri xalqla səhv salan Ə.Kərimli, Cəmil Həsənli kimi nəsli, nəcabətini erməniləşdirən nacinsdən nə gözləmək olar?. Əslində, ortada təəccüblənəcək heç nə yoxdur. Hakimiyyətin uğurlarını "müxalifətin qələbəsi" kimi zorla xalqa sırımaq yalnız bu siyasi maşennikdən çıxar. Bu siyasi maşennik və Avropadakı sülüngəclər sanırlar ki, mitinqlər etməklə, "hakimiyyət xalqla hesablaşacaq". Doğurdan da bədbəxtsiniz! Hakimiyyət xalqla bir yerdə bu qələbələri qazanır. Həmin qələbələri ki, uğursuzluqla nəticələnən yürüşlərdən sosial şəbəkələrə keçən sizin kimi erməni üfunəti verənlər elə o üfunət içində boğula-boğula qalacaqsınız, necə ki qalırsınız!

Rəfiqə HÜSEYNOVA