"Ölkəmizin koronavirusla mübarizə təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"

8 İyul 2020 16:01 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır". Bunu SİA-ya açıqlamasında YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev deyib.

Rayon təşkilatının sədri bildirib ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb: "Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əzəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi. Daha çox özünü təcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı".

L.Şıxəliyev qeyd edib ki, ölkəmizin koronavirusla mübarizə istiqamətində təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir: "Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birləşməliyik” mövzusunda Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın nəticəsidir. COVİD-19 pandemiyasının yayılmağa başladığı vaxtdan bu günə kimi beynəlxalq müstəvidə bu formatda və miqyasda konfranslar, birgə müzakirələr keçirilməyib. Bu da əlbəttə ki, Azərbaycan Prezidentinin təşəbbüsünə verilən növbəti qlobal dəstək deməkdir. Prezident cənab İlham Əliyevin kritik məqamlarda verdiyi çevik və qətiyyətli qərarlar Azərbaycanı dünyada fərqləndirir. Bölgədə yeganə güc sahibi olan Azərbaycan beynəlxalq aləmdə güvənilən, etibar edilən ölkə statusunu artırır, yerini və mövqeyini möhkəmləndirir. Sammitdə dövlətimizin Başçısı çox vacib bir təkliflə çıxış etdi ki, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzvü olan ölkələr olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVİD-19 pandemiyasına həsr olunmuş dövlət və hökümət başçıları səviyyəsində videkonfrans vasitəsilə xüsusi sesiyası keçirilsin.

Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.

Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.

BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir.

Təklif Nyu Yorkda 120 Qoşulmama Hərəkatının üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.

BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir.

Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.

BMT üzv olan dövlətlərdən 130-a qədəri tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir".

YAP təmsilçisi bildirib ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dövlət siyasətində Azərbaycan vətəndaşının mənafeyi öndə durur: "Vətəndaşların etibarlı müdafiəsi qlobal təhlükədən minimum itkilərlə çıxmaq üçün səmərəli tədbirlər həyata keçirilir. Prezident cənab İlham Əliyevin koronavirusla mübarizədə gördüyü işlər ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə Azərbaycan dövlətinin həyata keçirdiyi qabaqlayıcı tədbirləri yüksək dəyərləndirib. Azərbaycanı dünyaya nümunəvi ölkə kimi təqdim edib.

Dövlət Başçısının tapşırıq və göstərişlərinə əsasən dərhal həyata keçirilən zəruri qabaqlayıcı, çevik və sistemli preventiv tədbirlər, atılan proflaktik və təxirəsalınmaz addımlar pandemiyanın ölkəmizdə genişlənmisinin qarşısının alınmasında xüsusi rol oynadı. Azərbaycan bu gün dünyada ən aşağı koronavirusa yoluxma və ölüm halları qeydə alınan ölkələrdən biridir.

Xəstəliyin ilkin simptomlarını özündə hiss edən şəxs təcili tibbi xidmətə müraciət etməlidir ki, tək öz vəziyyətinin ağırlaşdırmasın, ətrafını, qohum-əqrabasını, təmasda olduğu yaxınlarını da yoluxdurmağa davam etməsin. Belə şəxslər təhlükəsizlik qaydalarını pozmamalıdırlar, qohumlarını, qonşularını ziyarət etməməlidirlər. Lakin bəziləri koronavirus pandemiyasına şübhə ilə yanaşırlar və nəticədə ciddi təhlükə mənbəyinə çevirilməkdə davam edirlər. İndi artıq koronavirusun mövcud olub-olmaması müzakirə edilmir. Belə ki, hər birimizin yaxınları arasında yoluxma halları kifayət qədərdir. Ona görə də ilk növbədə məsuliyyətsiz davranışlardan uzaq olmaq, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə ciddi riayət etmək hər bir şəxsin vətəndaşlıq borcudur.

Azərbayan beynəlxalq miqyasda pandemiya ilə mübarizəyə öz töhfəsini verir. Prezident cənab İlham Əliyevin tşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşünün keçirilməsi də buna sübutdur. Avropa ittifaqı isə ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Bunun nəticəsi olaraq qeyd edə bilərik ki, hər iki tədbirin keçirilməsinə görə beynəlxalq miqyasda Azərbaycanın rolu çox yüksək qiymətləndirildi.

Dünyanın böyük və kiçik ölkələrinin tam əksəriyəti bu tədbiri dəstəklədiyi halda bu gün dünyadan yardım diləyən Ermənistan, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı qlobal təşəbbüsünə qarşı çıxır. Bu, bir daha Ermənistanın əsl mahiyyətini ortaya qoymuş olur. Bütün dünya ölkələri koronavirusla bağlı həmrəylik nümayiş etdirir. Dünya ölkələri bəyan edir ki, bu, çox vacib və vaxtında irəli sürülmüş bir təşəbbüsdür. Lakin Ermənistan tərəfi bu təşəbbüsə qarşı çıxmaqla əsl mahiyyətini ortaya qoydu.

Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuº kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Bu mübarizənin ən başlıca əhəmiyyəti ondan ibarətdir ki, bu təkcə Azərbaycanı bu bəladan hifz etmir. Bu təşəbbüs qlobal səviyyədə pandemiyaya qarşı mübarizə prosesinə çox böyük töhfə verir. Pandemiyaya qarşı iqtisadi səylərin birləşərək göstərilməsi daha çox əziyyət çəkən, köməyə ehtiyacı olan ölkələrə dəstək göstərilməsinə imkan yaradır. Tibbi səylərin birləşdirilməsini özündə ehtiva edir. Çünki dünyada nə qədər ki, xəstəliyin mülaciəsi üçün peyvənd tapılmayıb təhlükə davam edəcəkdir. Bu ümumi bəlaya qarşı mübarizə prosesində ən yüksək səviyyədə, BMT Baş Assambleyası səviyyəsində ideya, təşəbbüs ortaya qoyan, Azərbaycan dövləti, onun Prezidenti cənab İlham Əliyev bütün ölkələri həmrəyliyə böyük məsuliyyət ortaya qoymağa çağırır. Bu çağrışın əsas fəlsəfəsi odur ki, gəlin birlikdə bu gözəgörünməz düşmənə qarşı mübarizə aparaq. ”Biz birlikdə güclüyük”–deyən cənab Prezidentin bu çağrışı qlobal miqyasda böyük əhəmiyyət və məna kəsb etməklə indiki halda səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması bu bəlanın neytrallaşdırımasında önəmlidir. Bu mənada koronavirus pandemiyası bəşəri təhlükə olduğu üçün qlobal cavab tələb edir və bu cavabın verilməsində Azərbaycanın təşəbbüsünün əhəmiyyətini dünya qəbul edir.

Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.

Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat vardır. Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatına sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir".

Rəfiqə HÜSEYNOVA