Nərimanovda avtomobil yolu keçən piyadanı vuraraq öldürdü

8 İyul 2020 15:41 (UTC+04:00)

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 8-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Səmədzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qusar rayon sakini Cavid Ağaməmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.