“Sarukyan əleyhinə ifadə verəcəkləri ümidi ilə həbslər edilir” “Hraparak”

8 İyul 2020 15:47 (UTC+04:00)

Dünən seçicilərin rüşvət müqabilində ələ alınması ilə bağlı iş çərçivəsində başqa bir şəxs, “Sarukyan Bloku” fraksiyasının keçmiş deputatı Vanik Asatryan həbs olunub. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus “Hraparak” qəzeti yazır.

Qəzet yazır ki, əvvəllər Abraham Manukyan da həbs edilmişdi. “Bu insanlar yalnız “Çiçəklənən Ermənistan” Partiyasının rəhbərlərinə və xüsusilə Qaqik Sarukyana qarşı ifadə verəcəkləri ümidi ilə həbsə atılırlar. Ancaq erməni mediasının əldə etdiyi məlumata görə, heç kim ifadə vermir, Ermənistan hakimiyyəti dəlil də tapmır.
Görünür, həbs olunanlar tezliklə sərbəst buraxılacaqlar. Deyirlər ki, Abraham Manukyanın həbsini girov ilə əvəz etmək tələbi təmin ediləcək”, deyə nəşr yazır.