Traktor su arxına düşdü, sürücü həyatını itirdi

8 İyul 2020 15:12 (UTC+04:00)

Bərdə rayonunun Bala Ərəblər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 7-də saat 18 radələrində Bərdə rayonunun Bala Ərəblər kəndi ərazisində Güloğlular kənd sakini Yelmar Məmmədov idarə etdiyi “JT” markalı traktoru su arxına salıb. Nəticədə sürücü suda boğularaq ölmüş, sərnişini xəstəxanaya yerləşdirilib.