Piyada yol qəzasında həyatını itirdi

8 İyul 2020 15:08 (UTC+04:00)

Quba rayonunun Timiryazev kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 7-də saat 13 radələrində Quba rayonunun Timiryazev kəndi ərazisində rayon sakini N.Yadigar idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Tülər kənd sakini Şakir Ağarzayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Quba RPŞ tərəfindən araşdırma aparılır.