8 nəfər liftdə köməksiz qaldı

8 İyul 2020 12:09 (UTC+04:00)

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Binəqədi və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 8 nəfərin liftdən çıxarılması təmin edilib.