100 milyon ədəd Covid-19 vaksini üçün 1,6 milyard dollar ödənilib - ABŞ-da

8 İyul 2020 11:55 (UTC+04:00)

ABŞ-ın Merilənd ştatında fəaliyyət göstərən “Novavax” dərman şirkəti hökumət ilə COVID-19 peyvəndinin istehsalı üçün razılaşıb. SİA-nın xəbərinə görə, razılşma çərçivəsində 100 milyon ədəd peyvənd üçün 1,6 milyard dollar ödənilib.

Gələn ilin əvvəllərində istehsalı nəzərdə tutulan peyvəndlər ''Warp Speed'' adlı layihə çərçivəsində həyata keçiriləcək.

Ayrılan büdcə isə peyvəndin bütün sınaq mərhələləri və istehsal prosesinə xərclənəcək.