Bu ərazidə suyun verilməsində məhdudiyyət olacaq

8 İyul 2020 11:46 (UTC+04:00)

Binəqədi rayonu 9-cu mikrorayon ərazisində suyun verilməsində məhdudiyyət olacaq. “Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində su şəbəkəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 08 iyul 2020-ci il tarixində gün ərzində 9-cu mikrorayon və Zeytunluq ərazisinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.