"Prezident özü hadisələri şəxsi nəzarətdə saxlayır" ÖZƏL-RƏY

8 İyul 2020 11:32 (UTC+04:00)

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında yerli TV kanallarına müsahibə verib. Müsahibədə, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri, ümumən, respublikanın mövcud durumu ilə bağlı geniş danışan dövlət başçısı, bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə edib". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

"İlk növbədə onu deyək ki, sağlıq ocaqlarının qısa zaman zərfində istifadəyə verilməsi, hətta darmacalda belə… gərəkən addımların atıldığını göstərir. Bu göstərici onu ifadə edir ki, zamanlı-zamansız – fərq etməz – dövlət öz fəaliyyətində sabitqədəmdir, dövlət siyasətinin mərkəzində Və­təndaş dayanır! Və dövlət baba vətən­daşın üzüntülərini, uğurlarını öz üzüntüsü, uğuru kimi ca­nında hiss edir; deməli, müvafiq addımlar üçün

Bilirsiz, bu “3İ”, kiminə qulaq qafiyəsi, kiminə, poetika adına sıralama kimi gələ bilər; ancaq mən, bu üç kateqoriyanın heç də hər bir ölkədə ödənmədiyini vurğulamaq istərdim. Birində istək var, imkan yoxdur; imkan olanda bəlkə iradə yoxdur və s…

Cənab Prezident nələrə xüsusi diqqət yetirdi? – Bəribaşdan qeyd edim ki bu xüsusların əhalimizin sosial-psixoloji ovqatına öz müsbət təsirini göstərdiyindən əminəm. – Birincisi, bu məhz Prezident sözüdür! İkincisi, rəqəmlər, faktlar hər hansı bir mənzərəni, durumu izah etməkçün ən yaxşı “tu­talğac”lardır; üçüncüsü, cənab İlham Əliyevin bir öncəki modul tipli xəstəxana açı­lışında iştirak və çıxışından keçən dövr ərzində, vəd ediləndən də artıq işlərin görüldüyü, plan­laşdırılıdğı ilə tanış olduq. – Beləliklə, dövlət başçısı bildirdi ki:

- Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır; onlardan 36-sı son müddət ərzində inşa edilib;

- Yeni yaradılmış modul tipli xəstəxanada 800 xəstənin yerləşməsi nəzərdə tutulur;

- Bir ay-ay yarım ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq;

- Əlavə on modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur;

- “Yeni klinika”da çarpayıların sayının 700-750-yə çatdırılması nəzərdə tutulur;

- “Ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.

Bəli, bu, fərqləndirmələrdən də aydın şəkildə göründüyü kimi, respublikamızın əlaqədar orqanları koronavirusla mübarizədə, takti-texniki baxımdan da, sosial-psixoloji baxımdan da operativ və ciddi şəkildə məşğul irəliləyiş əldə edə bilib. Cənab Prezidentin dediyi kimi, bu, ilk günlərdən qabaqlayıcı tədbirlər görülməsinin, durumun nəzarətdə saxlanılmasının nəticəsidir. Əlbəttə, biz hələlik aralıq nəticədən danışırıq – lakin bu, yekun nəticə üçün çox mühüm bir mərhələnin nəticəsidir. Dünya indi elə sürətli proseslərin içindədir, az qala, hər addım, hər aralıq nəticə özülüyündə həlledici xarakter daşıya bilər. – Əslində, burada təəccüblü bir şey də yoxdur – əgər köynəyin ilk düyməsi yanlış ilgəyə keçirilsəydi, bütün düymələr yanlış ilgəkdə “yuvalanardı”, sonuncu düymə isə heç bağlana biməzdi – onun bağlanması üçün… yanıbaşında ilgək qalmazdı, sadəcə…

Bəli, indi ayrı-ayrı ölkələr yenidən və yeni qadağalara əl atır, sərt karantin tədbirlərinə qayıdır; bizim respublika da istisna təşkil etmir. Nəzərə alasaq ki, bugün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş – qabaqcıl ölkələrdir, o zaman, Azərbaycandakı gerçək durumun hasil olmasının heç də asan başa gəlmədiyi aydın olar. – Məhz ciddi elmi (tibbi, ictimai-siyasi, sosial-iqtisadi) əsaslar üzərində alınmış qərarlarla tənzimlənən və bundan az önəm daşımayan operativlik, “istək-imkan-iradə üçlüsü”nün tətbiqi diqqətə alınmalıdır. Prezident məhz bu məqama diqqət çəkərək, qərarlar qəbul olunarkən, dünyada və özümüzdə mövcud durumun dərindən təhlil olunduğunu, sahə mütəxəssisləri ilə məsləhətləşmələr aparıldığını dedi. – “Əsas məq­səd insan­larımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır.

…Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Laboratoriyaların sayı 44-ə çatacaqdır”...

Dövlət başçısının yerli TV-lərə müsahibəsində xüsusi vurğu etdiyi məqamlardan biri də, məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu yöndə atılan addımların duruma uyğun şəkildə atılması ilə bağlı idi. – “Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır”. – Bu fikir bir daha təsdiq edir ki, bütün əlaqədar qurum və quruluşlar sahədə olsa da, (önəmli səlahiyyətlərə malik Operativ Qərargah fəaliyyət gös­tərsə də), yenə, məhz Prezident özü hadisələri şəxsi nəzarətdə saxlayır, hesabatlar qəbul edir; başqa sözlə, qərarların qəbulunda məhz dövlətin zirvəsinin rəyi əsas alınır. Ona görə də, “bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib”. Çünki “Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb”. Və “mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır”.

Burada sadə bir məntiqi sual ortaya çıxır? – Bəs, bu qədər tədbirlər, “istək-imkan-iradə” üçlüsü də mövcudkən, virusa yoluxmaların artışı nəyin ifadəsidir?

Məntiq. – İstər sadə olsun, istərsə mürəkkəb – nədir məntiq? – “Fikirlərdə və fəaliyyətdə(ki) bağlar haqqında elm”dir məntiq; mən­tiq – dərketmənin qanunları, metodları, forma və şəkillərini öyrənir. Məntiq təsdiq-təkzib metodları haqqında elm kimi də qəbul edildiyindən, o, qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır; yəqin ona görə və də, bilgiləri təfəkkürlə alındığı üçün, məntiq, düzgün təfəkkür haqqında elm olaraq da qəbul edilə bilər. – Heç şübhəsiz, biz burada məntiqşünaslıqla məşğul olmuruq; yalnız, səlisli, qeyri-səlisli, formallı, riyazili… bütün məntiq instumentlərini irdələyəsi olsaq, bayaq da dediyimiz kimi, yenə o sadə məntiqlə qarşılaşmış olarıq. – Məntiqə dair qeydlərdən sonra, sadə məntiqli cavabları bölüşək:

-Virusun təbiəti, tibbi xarakteri hələ sonadək öyrənilməyib;

-Bütün sınaqlardan, prosedurlardan çıxmış vaksinin tapıldığı elan olunmayıb;

-Virusun yayılması ayrıca götürülmüş bir ölkədən asılı deyil;

-Öncələr testlər hazırda olduğu qədər kütləvi deyildi;

-Yalnız xətələnənlər deyil, xəstəliyin ilk dövrlərində həkimə müraciət edərək müalicə alıb, saga­lanların sayı da çoxalıb və s.

Bu sırada, sadə məntiqin dedirtdiyi bir ağrımız da var: o ağrının adı: MƏSULİY­YƏTSİZ­LİKdir! – Maska taxmayan, məsafə saxlamayan, mədəni sanitar-gigiyenik qaydalara, dezin­fek­siya tələb­lərinə saymazyana yanaşan adamların hesabına, köhnə streotiplərlərlə yeni dövrün çağırışları ara­sında tərəddüd edənlərin hesabına virusun yayılması tempi arzuolunan səviyyədə azaldıla bilmir.

Təsadüfi deyil ki dövlət başçısının TV-lərə müsahibəsində bu mövzu aparıcı xətt təşkil edirdi. Prezidentin bu istiqamət üzrə fikirlərini ayıraq:

Bildiyiniz kimi, “feysbuk”da “profilini başqasının gözündən gör”mək imkanı var. – İstər vir­tual, istər gerçək həyatda qıraqdan necə görünürük? – Qlobal pandemiya ilə mübarizədə ölkəmizin yeri, rolu necədir, necə görünür? – bu suallar sövq-təbii hamımızçün maraqlıdır. Cənab Prezident bu dəfə də, beynəlxaq aləmdəki reaksiyalara diqqət çəkərkən, haqlı olaraq, qürurverici faktları xatırlatdı. – Bu planda, öncə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizin gördüyü işlərə yüksək qiy­mət verildiyini deyən Prezident, onu da dedi ki, “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada da dəstəkləyir, ona maliyyə yardımı göstərir.

...Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəs­təliyin yayılmaması üçün əməli addımlar atır.

Pandemiyadan sonra da Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığını uğurla da­vam etdirəcək". Bəli, Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərən ölkədir!

-bugünədək 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərilib; “humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır”. – Ona görə də: “Azərbaycan ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazandı”.

Bir neçə sətir yuxarıda “qürurverici faktlar” kəlməsini işlətdik, bu, sözgəlişi deyildi. – Bu­yu­run, Prezidentin sözləridir:

- Azərbaycan heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib, özü üçün nəyisə əldə etməyə çalışmayıb;

- Azərbaycan humanitar yardımı piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edir;

- Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərdi;

- Azərbaycan dünyada çox yüksək imicə malik ölkədir.

Dünyada yüksək imicə malik olmağın asan başa gəlmədiyi sirr deyil; sirr deyil ki, Azərbaycanın, azərbaycanlıların ünvanına hərzə-hədyan yağdıran mütəşəlkkil erməni diaspor və lobbi gücləri, onların toruna düşənlər uzun illərdir iş aparır. Və biz yalnız nominal, güncəl çalışmalarla deyil, həm də, bizə qarşı qurulmuş yalan-yapalaq torları yırtmaqla məşğul oluruq… Bütün bunlara rəğ­mən, dünya miqyasında önəmli rol oynayan ölkəyə çevrilmək titanik səylərin, düşünülmüş si­ya­sətin nəticəsidir.

Hazırda Türk Şurası və Qoşulmama Hərəkatına sədrlik Azərbaycan Prezidentindədir. Məhz “Hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir, bu fəaliyyət formal xarakter daşımamalıdır” deyən cənab İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatların Bakıda iki Zirvə görüşü keçirilib. – “Zirvə görüşləri uğurlu olmuş, qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə oynadığı rol, həmrəyliyə hesablanmış addımları yüksək qiymət almışdır”. Və məlum olduğu kimi, dövlətimizin BMT Baş Assambleyasının Xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsü, 130-dan çox ölkə tərəfindən dəstəklənərək, dünya miqyasında haqq etdiyi yüksək qiymət alıb. Amma işə baxın ki burda da qarşımıza Ermənistan “çıxır”.

–Özü pandemiyadan ən çox zərər çəkən ölkələrdən olan,

- bu pandemiya ilə bacarmadıqlarını etiraf edən,

- onlara yardım etsinlər deyə, döymədikləri qapı qalmayan,

-“yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışan” Ermənistan. – Belə rəzil dövlət BMT Baş Assam­ble­yasının keçirilməsində maraqlı olmalı deyildimi? – Ən elementar məntiq də bunu demirmi?

Məsələyə əsil qiymət yenə cənab İlham Əliyevdən gəldi: “BMT Baş Assambleyasının Xüsusi sessiya­sının keçirilməsi təşəbbüsümüzün əleyhinə səs verən Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xal­qına nifrətin təzahürüdür. Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşün­cənin məhsuludur.

…Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir”. – Mən də yazımı bu dəqiq təsbitnən bağlayıram...Dövlətimiz zaval görməsin!"-deyə, Ə.Qoşalı fikrini tamamlayıb.