“Anlamalıyıq ki, bizim baş nazir qəsbkar və populistdir” Ayk Mamicanyan

8 İyul 2020 10:41 (UTC+04:00)

“Polis dövlətə xidmət edir və dövlətin polisi nə isə məcbur etməsi qanunsuzluqdur. Nikol Paşinyanın korrpusiya qalmaqallarını gizlətməyi isə yolverilməzdir”. SİA xəbər verir ki, bu barədə Ermənistanın Respublika partiyasının gənclər birliyinin sədri Ayk Mamicanyan erməni KİV-nə açıqlamasında bildirib.

O, təmsil etdiyi siyasi təşkilatı adından bildirib ki, polisdən deyil, məhz siyasi məmurlardan izahat tələb edirlər.

Erməni gənc daha bir məqama toxunaraq bildirib ki, Ermənistan dərin lokdaun halındadır, bütün sərnişin və yük daşımalarında məhdudiyyətlər mövcuddur.

“Onda necə alınır, bir neçə təyyarə ölkədən siqaretləri çıxarır, siz də demək istəyirsiniz ki, hökumət bunun kursunda olmayıb?! Mən buna inanmıram. Hansı ki, komendant hər bir təyyarənin ölkədən uçmasından məlumatlı olur”, deyə Respublika Partiyasının gənclər birliyinin sədri bildirib.

Mamicanyan eyni zamanda bildirib ki, konstitusiyaya zor tətbiqi ali hakimiyyətin korrupsiya əməlləri ilə bağlıdır: “Biz əvvəl-axır anlamalıyıq ki, bizim baş nazir qəsbkar, populist və dənə siqaret satıcısıdır”.