Günay karantin günlərindən gileyləndi

8 İyul 2020 11:07 (UTC+04:00)

Müğənni Günay İbrahimli karantin günlərindən gileylənib. SİA-nın məlumatına görə, ifaçı karantinin uzanmasının hər kəsi depressiyaya saldığını bildirib: "Hamı depressiyadadır. Amma heç kim bunu hiss etmir.

Həyat doğru cavabları olmayan bir imtahandır. Məntiqini, ağlını və duyğularını işlədənlər udur. Belə insanların arxasıyca yox, gözlərinə baxaraq danışmaq ürək istər. Baxışda deyil cəsarət. Əsən küləklə oynayan saçda da deyil... Nə oturuşda, nə duruşdadır... Ruhundur cəsur olan. Ona güvənin".