Xalq şairi Zəlimxan Yaqubun şeirləri səsləndirilib

8 İyul 2020 11:30 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı pandemiya dövründə sosial şəbəkələrdə müxtəlif şair və yazıçıların əsərlərinə müraciət edir. İdarədən SİA-ya bildirilib ki, bu dəfə kitabxananın əməkdaşı Qızılgül Məmmədova “Kitabxanaçı tövsiyə edir” rubrikasında Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun şeirlərini səsləndirib.

Hazırlanmış videoçarx kitabxananın sosial media şəbəkələrindəki hesablarında paylaşılıb.