“+5C” adlı yeni virtual layihəyə start verilir

8 İyul 2020 10:26 (UTC+04:00)

Azərbaycan Dövlət Rəsm Qalereyası iyulun 8-də saat 18:00-da “+5C” adlı yeni virtual layihəyə start verəcək. Qalereyadan SİA-ya bildirilib ki, sənətsevərlər xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində ilk dəfə Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazana biləcəklər.

Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının “Instagram” (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür.

Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsapp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.