Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə

8 İyul 2020 09:47 (UTC+04:00)

Kolumbiyanın məşhur “De la literatura” (“Ədəbiyyat haqqında”) “Facebook” səhifəsi Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının ispan dilinə tərcümə olunmuş “Buz heykəl” hekayəsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, hekayə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.