"Bu görüşlər ölkədə həm də həmrəyliyin nümayişidir" Rufiz Qonaqov

8 İyul 2020 08:54 (UTC+04:00)

"Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident Adminstrasiyasının Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Parlamentin sədri Sahibə Qafarovanın da qatıldığı "Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağrışlar " mövzusunda videokonfrans formatında görüşü ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların gətirdiyi yeni dialoq və əməkdaşlıq mühitinin əyani təzahürüdür". SİA-nın verdiyi məlumata görə, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, BMAM sədri Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, bu gün ölkə Prezidenti tərəfindən dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən çoxşahəli islahatlar aparılır. Ölkəmizin dünya birliyində dahada güclənməsi istiqamətində mühüm addımlar atılır. Eləcə də cəmiyyətin bütün üzvlərini əhatə edən dövlət proqramlarının və sosial yönümlü layihələrin həyata keçirilməsində Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Görüşdə Prezident Adminstrasiyasının şöbə müdiri tərəfindən qeyd olunduğu kimi ölkəmizdə iqtidar və müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşma və sağlam əməkdaşlıq şəraiti meydana gəlib. Maraqlı müzakirələrlə keçən toplantının sonunda siyasi partiyalar adından bəyanatın qəbul edilməsi də pandemiya dövründə yeni çağrışların və yeni siyasi konfiqurasiyanın meydana gəldiyini nümayiş etdirir. Bu kimi mühüm görüşlərin keçirilməsi həmdə ölkədə həmrəylik nümayişidir".