Zaqatala rayonununda 5 otaqlı ev yanıb

8 İyul 2020 08:39 (UTC+04:00)

Zaqatala rayonunun Çobankol kəndində yanğın baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, ümumi sahəsi 156 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.