Birləşmiş Ştatlar BMT Baş katibinə ÜST-dən çıxmaq barədə bildiriş göndərib

8 İyul 2020 03:20 (UTC+04:00)

Birləşmiş Ştatlar BMT Baş katibinə ÜST-dən çıxmaq barədə bildiriş göndərib.

SİA xəbər verir ki, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarik xəbər verib.

Qərar 2021-ci il 6 iyulda qüvvəyə minməlidir.

"Deyə bilərəm ki, 6 iyul 2020-ci ildə ABŞ Baş katibə Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə qərar verdiyini bildirib, qərar 6 İyul 2021-ci ildə qüvvəyə minəcək", - Düjarrik deyib.

Nümayəndə ABŞ-ın 21 iyun 1948-ci ildən bəri Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin tərəfdaşı olduğunu xatırladıb. Onun sözlərinə görə, ABŞ-ın ÜST-ə daxili Ümumdünya səhiyyə assambleyası tərəfindən bu ölkənin sözü gedən səhiyyə təşkilatından lazım olduqda çıxması mümkün olması üçün ABŞ tərəfindən müəyyən edilmiş şərtlərlə qəbul edilmişdir.