Yaponiyada üç gün yağan leysan yağışları nəticəsində 60-a yaxın insan həlak olub

8 İyul 2020 07:22 (UTC+04:00)

Yaponiyanın cənub-qərbindakı Küsü adasında üç gün yağan leysan yağışlar nəticəsində 60-a yaxın insan həlak olub, 16-sı itklin düşmüş sayılır.

SİA xəbər verir ki, bu barədə yerli polis və xilasedicilər xəbər verib.

Bütün ölümlərə səbəb yağışlar nəticəsində baş verən daşqın və torpaq sürüşmələri olub.

Hazırda təhlükə ölkənin əsas adası Xonsüda yerləşən Naqano və Gifu prefekturlarında elan edilib. Bu bölgələrdə yaşayan 54 min sakina təhliyə barədə tövsiyə verilib.

Xilasetmə əməliyyatlarına 20 min hərbçi cəlb edilib.