Qaradağ rayonunda hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs həbs olunub

7 İyul 2020 19:55 (UTC+04:00)

Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefonla qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs həbs olunub. Rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Faktı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya təsdiqləyiblər.